Lənkəranda məmur bıçaqlandı - Səbəb

img

30-07-2017 [19:15]


Lənkəran İcra Hakimiyyətinin Günəhir ərazi icra nümayəndəsinin müavini, 1977-ci il təvəllüdlü Mirzəyev Famin Mirhüseyn oğlu bıçaqlanıb.

İlkin məlumata görə, onu vuran şəxs Sumqayıt şəhər sakinidir. O, Günəhir kəndindən qız alaraq evlənib. Hadisənin təfərrüatları açıqlanmasa da, hadisənin mübahisə zəminində baş verdiyi söylənilir.

Bıçaq xəsarəti alan F.Mirzəyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı 102 xidmətinə məlumat verilib.

Fakt üzrə araşdırma aparılır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA