“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
06-03-2026 [15:56]
Martın 5-i Daş Salnamə Muzeyində Heydər Əliyev Fondunun və “AzerGold” QSC-nin dəstəyi, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun iştirakı ilə həyata keçirilən “Çovdar nekropolu” arxeoloji tədqiqat layihəsinin nəticələrini əks etdirən elmi-kütləvi nəşrin təqdimat mərasimi keçirilib.
Mia.az xəbər verir ki, tədbir çərçivəsində əvvəlcə qonaqlar sərgi ilə tanış olublar. Sərgidə arxeoloji qazıntılar zamanı aşkar edilən maddi-mədəni irs nümunələri nümayiş etdirilib.
Tədbiri giriş nitqi ilə açan Zakir İbrahimov layihəyə göstərilən xüsusi diqqətə və dəstəyə görə Heydər Əliyev Fonduna, fundamental tədqiqata görə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutuna təşəkkürünü bildirib. Qeyd edilib ki, “Çovdar nekropolu” 2019-cu ildən həyata keçirilən və “AzerGold” QSC-nin ən uzunmüddətli sosial-mədəni layihələrindən biridir.
Beş ay davam edən qazıntılar zamanı Son Tunc və Erkən Dəmir dövrlərinə aid 156 qəbir və 6000-dən çox maddi-mədəniyyət nümunəsi – silahlar, əmək alətləri, məişət və bəzək əşyaları aşkarlanıb. Araşdırmalara yerli alimlərlə yanaşı, İtaliya, Yaponiya və Türkiyədən olan mütəxəssislər cəlb olunub, ilk dəfə insan qalıqlarından DNT analizləri aparılaraq, hər nümunədən 13 milyona yaxın DNT molekulu oxunub və laboratoriyada emal edilib. Nəticədə Çovdar əhalisinin ətraflı demoqrafik təhlili, orta yaş həddi, qohumluq əlaqələri və ölüm səbəbləri müəyyən edilib. Nəticələr göstərib ki, nekropolda dəfn olunan insanlar yerli - Qafqaz mənşəli olub və ərazidə 400 ildən artıq müddətdə yaşayıblar.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov layihənin qədim köklərimizin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Fondun Azərbaycanda və ölkə hüdudlarından kənarda arxeoloji tədqiqatların dəstəklənməsi və milli irsin beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirdiyi layihələrdən bəhs edən S.Məmmədov tapıntıların ölkəmiz qədim insan mədəniyyətinin mərkəzlərindən biri olduğunu yenidən sübut etdiyini bildirib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov rayon ərazisində erkən Tunc dövründən başlayaraq müxtəlif tarixi mərhələlərə aid çoxsaylı arxeoloji abidələrin mövcud olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda rayonda 49 daşınmaz tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb və Çovdar nekropolunun tədqiqi rayonun mədəni irsinin daha da zənginləşməsinə töhfə verib.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva çıxışında layihənin ölkədə tarixi-mədəni irsin qorunması sahəsində həyata keçirilən dövlət siyasəti baxımından əhəmiyyətini vurğulayıb.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev tapıntıların beynəlxalq standartlara uyğun olaraq tədqiq edildiyi bildirib. Çovdar nekropolunun metal nümunələri baxımından bugünədək aşkar edilmiş ən zəngin abidə olduğunu qeyd edib. İtaliyanın Piza şəhərində aparılan spektral analizlərin nəticələri göstərir ki, məmulatların hazırlanmasında müxtəlif metal ərintilərindən istifadə olunub. Bu isə həmin dövrdə bölgədə ibtidai metallurgiyanın müəyyən inkişaf səviyyəsinə çatdığını göstərir. Şüşə muncuqlar və kauri qabıqları isə qədim icmaların Aralıq dənizi və digər regionlarla iqtisadi-mədəni əlaqələrinin mövcudluğunu təsdiqləyir.
Qeyd edək ki, “AzerGold” QSC-nin 2019-cu ildə Çovdar Emal Sahəsində apardığı tikinti işləri zamanı aşkar edilib. “Çovdar nekropolu” kitabı arxeoloji ekspediyanın bir neçə il davam edən araşdırmalarının nəticələrini əks etdirən elmi-publisistik nəşrdir. Azərbaycan və ingilis dillərində hazırlanan kitabın məqsədi Çovdar nekropolunun zəngin tarixi-mədəni irsini geniş ictimaiyyətə təqdim etmək, milli irsin təbliğinə töhfə verməkdir.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub