Daha bir vəkil Vəkillər Kollegiyasından xaric edilib

img

06-03-2026 [09:48]


Yol verilmiş intizam pozuntularına görə Vəkillər Kollegiyasından bir vəkil xaric edilib, üç vəkil barəsində cərimə tədbiri tətbiq olunub.

Mia.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.

Bildirilib ki, daha 1 vəkilə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etməsi tapşırılıb.

Həmçinin məlumatda vurğulanıb ki, Prezidenti İlham Əliyevin Sərəncamı ilə hakim vəzifəsinə təyin edilən Kollegiyanın 12 üzvünün mükafatlandırılması və vəkillik fəaliyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. Rəyasət Heyəti tərəfindən bununla bağlı müvafiq müsbət qərar qəbul olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA