Abşeronda dəhşətli qəza - Ata və oğlu öldü/VİDEO

img

05-08-2017 [14:03]


Abşeronda dəhşətli yol qəzası baş verib.

ARB TV xəbər verir ki, ailənin faciəsinə çevrilən hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Tərəvəz daşıyan "Qazel” markalı avtomobil "MAN” markalı, qoşqulu yük avtomobilinə arxadan çırpılıb. Nəticədə "Qazel”in sürücüsü 43 yaşlı Etibar İsmixanov və sərnişini olan oğlu 20 yaşlı Araz İsmixanov həyatını itirib. "Qazel" zərbədən sonra deformasiyaya uğradığından həlak olanların meyitləri Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşları tərəfindən maşından çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Fakt araşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA