Azərbaycan Naxçıvan aeroportuna dron hücumu ilə bağlı ICAO-ya müraciət edib

img

06-03-2026 [17:59]


Azərbaycan hökuməti İrandan Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) müraciət edib.

Mia.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, ötən gün İslam Respublikası ərazisindən Naxçıvan aeroportunun terminal binasına pilotsuz uçuş aparatlarının hücumları həyata keçirilib.

"Beynəlxalq Mülki Aviasiya haqqında" 1944-cü il 7 dekabr tarixli Konvensiyaya, o cümlədən Konvensiyaya 17 nömrəli Əlavə – "Aviasiya təhlükəsizliyi" sənədinin beynəlxalq standartlarına uyğun olaraq, hava limanına qanunsuz müdaxilə aktı baş verdikdə üzv dövlət tərəfindən hazırlanmış ilkin hesabat ICAO-ya göndərilməlidir.

Beynəlxalq standartlardan irəli gələrək Nazirliyin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi ICAO-ya müvafiq ilkin hesabat göndərib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA