"Şokdayam, məni dələduzluq yolu ilə vətəndaşlıqdan məhrum ediblər" - Saakaşvili

img

30-07-2017 [13:01]


Gürcüstanın sabiq prezidenti, həmçinin Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Sakaşvili Ukrayna vətəndaşlığından dələduzluq yolu ilə məhrum edildiyini iddia edir.

Saakaşvili deyir ki, onu vətəndaşlıqdan çıxarılmasına əsas göstərilən sənədləri heç vaxt imzalamayıb.

"Mən şokdayam! İndicə həmin anketlərin kopyalarına baxdım. Bu sənədlərə əsasən, prezident məni vətəndaşlıqdan məhrum edib. Mən bütün məsuliyyətimlə bildirirəm ki, o anketlərdəki mənim imzam deyil", – deyə o, vurğulayıb.

Saakaşvili təcili olaraq qrafik ekspertizanın təşkil edilməsini tələb edib/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA