"Qüdsdə yerləşən Əqsa məscidini qorumağa hazıram" - Çeçenistan prezidenti

img

28-07-2017 [21:37]


"Səlahiyyətlərimi bir kənara qoyub həyatımın qalan hissəsini Qüdsdə yerləşən Əqsa məscidini qorumağa hazıram".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov çıxış edib.

"Səlahiyyətlərimi bir kənara qoyub, bütün müsəlmanlar üçün müqəddəs olan bu yerin təhlükəsizliyini təmin edən birliklərdə könüllü olaraq qulluq etməyə həyatım boyu hazıram", - Kadırov qeyd edib.

Qeyd edək ki, İsrail 2 gün öncə Əqsa məscidində quraşdırdığı metal detektorları və kameraları ləğv edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA