"Saakaşvili vətəndaşlıqdan imtina edəndə, çox təəssüfləndim" - Gürcüstan prezidenti

img

27-07-2017 [19:51]


Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsinə münasibət bildirib.
 
APA-nın Gürcüstan bürosu xəbər verir ki, G. Marqvelaşvili xarici jurnalistlərlə görüşdə deyib ki, Saakaşvili Gürcüstanı tərk etməməli idi.
 
"Saakaşvili Gürcüstan vətəndaşlığından imtina edəndə, mən çox təəssüfləndim. Çünki iki dəfə prezident seçilmiş ölkənin keçmiş birinci şəxsinin Gürcüstan vətəndaşlığı olmalıdır. Baş komandan olmuş şəxs ölkəni tərk etməməli idi”, - deyə prezident vurğulayıb.
 
Qeyd edək ki, Ukrayna prezidenti Petr Poroşenkonun fərmanı ilə M. Saakaşvilinin Ukrayna vətəndaşlığı ləğv olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA