Rəsmi Ankaranın Rusiyadan S-400 raketi alması ABŞ-ı hərəkətləndirdi - Pentaqonun tələbinə Ərdoğandan sərt reaksiya

img

25-07-2017 [01:05]


"Rəsmi Ankara Rusiyadan S-400 zenit-raket kompleksləri almaq niyyəti ilə əlaqədar izahat verməlidir".

Bunu Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis bəyan edib.

"Türkiyə bizim NATO üzrə tərəfdaşımızdır. Bu səbəbdən silahların uyğunlaşdırılması məsələsi olduqca mühümdür. Türkiyə qərarını bizə izah etməlidir”, - deyə, C.Devis bildirib.

Türkiyə prezidenti  Rəcəb Tayyub Ərdoğanın ABŞ-ın bu tələbinə cavabı isə gecikməyib.

O, ABŞ-ın bu məsələ ilə bağlı narahatlığını anlamadığını deyib: "Onlar nədən narahatdır? Hər bir ölkə öz təhlükəsizliyini təmin etmək üçün müəyyən tədbirlər görmək hüququna malikdir. Heç bir narahatlığa ehtiyac yoxdur.  Zenit-raket kompleksləri ilə bağlı danışıqlar, demək olar ki, yekunlaşıb”. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA