İsrailə imkan verməyəcəyik – Mahmud Abbasdan xəbərdarlıq

img

24-07-2017 [00:09]


"Əl-Əqsa məscidinin qapılarına elektron metal axtarış detektorlarının qoyulmasına imkan verməyəcəyik".

Axar.az xəbər verir ki, bu sözləri Fələstin Prezidenti Mahmud Abbas Fələstin Alimləri İkinci Milli Forumunda çıxışı zamanı deyib.

"Əl-Əqsa məscidinin suverenlik hüququ bizimdir. Oranın qapılarına da biz cavabdehik. İşlər çətinləşəcək, ancaq biz xalqımızın taleyini riskə atmırıq. Boş qərarlar vermirik. Dəqiq qərar verərək nəticə almağa ümid edirik. İsrail bu qərarı verəndə biz də qərarlı bir mövqe nümayiş etdirdik. Səbirli olsaq, istədiyimizə çatacağıq, detektorların qurulmasını və bütün əməliyyatları dayandıraraq İsrail hökumətinin Qərbi İordan çayının bütün şəhərlərində nümayiş etdirdiyi pozuntulara son verəcəyik".- prezident söyləyib.

Qeyd edək ki, İsrailin Əl-Əqsa məscidinin Aslanlı Qapısı (El-Esbat) qarşısında təhlükəsizlik kameraları da yerləşdirməyə başladığı bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA