Qətərdən ərəb ölkələrinə sərt ismarıc: “Bu terror faktıdır”

img

18-07-2017 [11:26]


Qətər Prokurorluğu rəsmi Dohaya qarşı kiberhücum təşkil edənlərin beynəlxalq orqanlar tərəfindən mühakimə olunması üçün qanuni yollara əl atacaq.

Axar.az "Cümhuriyyət”ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qətər Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Sani söyləyib.

"Körfəz ölkəsi tərəfindən həyata keçirilən bu cinayət beynəlxalq kiber terror cinayətləri kateqoriyasına daxildir. Bu, beynəlxalq hüquqa qarşı açıq şəkildə bir pozuntudur”, - deyə nazir bildirib.

Qeyd edək ki, bundan öncə Qətərə qarşı bir müddət əvvəl təşkil edilmiş kiberhücumun arxasında Birləşmiş Ərəb Əmirliyinin dayanması haqqında məlumat yayılmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA