Ruhaninin qardaşı azadlığa çıxdı - Hüseyn Feridun zaminə buraxıldı

img

18-07-2017 [11:34]


Maliyyə cinayətkarlığında ittiham olunaraq həbs edilən İran Prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Feridun zaminə buraxılıb.

Axar.az xəbər verir ki, bu barədə "Frans Press” İran mətbuatına istinadən informasiya yayıb.

Hüseyn Feridunun zaminə buraxılması üçün məhkəmə 500 milyard rial (13.3 milyon dollar) tələb edib. Sonradan bu məbləğ 8.3 milyon dollara qədər endirilib.

Xatırladaq ki, Hüseyn Feridun 2015-ci ildə İranın nüvə proqramı ilə bağlı danışıqlarda prezidentin xüsusi nümayəndəsi olaraq iştirak etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA