İraq rəsmisi: “İŞİD lideri əl-Bağdadi sağdır”

img

17-07-2017 [00:02]


İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi sağdır və Suriya ərazisində gizlənir.
 
APA-nın "Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu İraq Daxili işlər nazirliyinin Kəşfiyyat və Antiterror Xidmətinin rəisi Əbu Əli Basri bəyan edib.
 
"əl-Bağdadi sağdır və Suriya ərazisində, Rakka əyalətindən kənarda gizlənir”, deyə İraq rəsmisi bildirib.
 
Qeyd edək ki, ötən ayın ortalarında Rusiya Müdafiə Nazirliyi Əl Bağdadi və daha 300 döyüşçünün Suriyada aviazərbələr nəticəsində öldürüldüyünü iddia edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA