"Rusiya-Gürcüstan müharibəsindən qaçmaq mümkün deyildi, Buşa qışqırıb dedim ki..." - Keçmiş prezident

img

12-07-2017 [13:44]


"2008-ci ildəki Rusiya-Gürcüstan müharibəsindən qaçmaq mümkün deyildi."

Axar.az xəbər verir ki, bunu "Rustavi 2” televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib. O, bununla bağlı bütün şübhələrinin Krımın anneksiyasından sonra yoxa çıxdığını bildirib:

"Krımda Ukrayna demək olar ki, heç nə etmədi. Onlar dedilər ki, provokasiyaya getməyək. Krım indi haradadır? Krımdan sonra Donbas oldu. Dünya liderlərinin Gürcüstan müharibəsinə diqqətini cəlb etməkdən ötrü maksimum səy sərf etdim. Mən 2008-in avqustunda ABŞ Prezidenti Corc Buş və Fransa Prezidenti Nikola Sarkozi ilə danışdım. Ruslar tanklarla üstümüzə gələndə mən telefonda onların üstünə qışqırdım. Amerika prezidentinə qışqırıb dedim ki, vətənim təhlükədədir. Eyni şeyi Sarkoziyə qarşı da etdim. Sarkozi məni bir neçə saat ərzində razı salmağa çalışdı ki, Gürcüstan kapitulyasiyaya imza atsın. Mən ona yox dedim”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA