"2012-də hakimiyyəti İvanişviliyə verməmək üçün kifayət qədər imkanım vardı, ancaq..." - Saakaşvili

img

12-07-2017 [13:29]


"Mən Gürcüstanın baş naziri olmaq istəmirdim".

Axar.az xəbər verir ki, bunu "Rustavi 2” televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib.

"O zaman bizim namizədimiz Merabişvili idi. Biz 2007-ci ildə də, 2012-ci ildə də xalqa imkan verdik ki, azad seçim etsin. Gürcüstanda hazırda hakimiyyət yoxdur. Bizim ölkədə yalnız bir oliqarx var. Gürcüstanda olan bütün dəyişikliklər yalnız bir insanın maraqlarına xidmət edir. 2012-də mənim əlimdə kifayət qədər resurs var idi ki, hakimiyyətə İvanişvilinin gəlməsinə imkan verməyim. Bunun üçün yüzlərlə səbəb var idi. İvanişvilini ölkədən göndərmək imkanımız da var idi, çünki onu Rusiya maliyyələşdirirdi. 2012-dəki seçki Rusiyanın xüsusi əməliyyatı idi. Bu əməliyyatla Rusiya 2008-ci il müharibəsində əldə edə bilmədiklərinə nail oldu”, – deyə, o, bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA