ATƏT-in rəhbərliyində dəyişiklik - Yeni təyinatlar

img

11-07-2017 [22:22]


İsveçrəli diplomat Tomas Qreminger ATƏT-nın baş katibi təyin edilib.

Bu barədə quruma sədrlik edən Avstriyanın xarici işlər naziri Sebastyan Kurts deyib.

Milli azlıqlar üzrə komissar vəzifəsinə ATƏT-in sabiq baş katibi Lamberto Zannier, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri vəzifəsinə İslandiyanın sabiq xarici işlər naziri İnqibyörq Solrun Qisladottir, mətbuat azadlığı üzrə xüsusi nümayəndə vəzifəsinə isə fransalı keçmiş səfir Halem Desir təyin ediliblər.

"İlk növbədə bizə rəhbərlik lazım idi. Bu, son bir neçə ay, mən deyərdim hətta bir neçə il ərzində qarşımızda duran böyük çağırış idi. Siyasi nöqteyi-nəzərdən hamımız bu təkliflər üzərində razılığa gələ bildik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu məsələdə konstruktiv rol oynadı”, – deyə S. Kurts söyləyib.

Təyinatların gələn həftə təsdiqlənəcəyi gözlənilir/APA. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA