"Mənə duz və sirkə verin, onları ciyərini diri-diri qarşınızda yeyim” - Prezidentdən canlı yayımda şok açıqlama

img

07-07-2017 [11:08]


Filippin Prezidenti Rodriqe Duterte növbəti dəfə qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

Radikal Əbu Səyyaf qruplaşmasının 2 girovu öldürməsindən hiddətlənən dövlət başçısı canlı yayımda çıxışı zamanı islamçıları diri-diri yeyəcəyi ilə hədələyib.

"Əgər istəsəniz silahlı islamçıların ciyərini yeyə bilərəm. Mənə duz və sirkə verin, onları qarşınızda yeyim”, – deyə Duterte bildirib.

Qeyd edək ki, 1991-ci ildən fəaliyyət göstərən sözügedən radikal qruplaşma girov götürmə kimi fəaliyyəti ilə tanınır.

Əbu Səyyaf Mindanao və Sulu adalarında müstəqil İslam dövləti yaratmaq üçün silahlı təxribatlar törədir/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA