Təhlükəsizlik bufer zonalarında Rusiyanın hərbi polisi yerləşdiriləcək - Suriyada

img

05-07-2017 [10:36]


Rusiyanın hərbi polisi Suriyada təhlükəsizlik bufer zonalarında yerləşdirilə bilər.

Bu barədə Astanada keçirilən Suriya danışıqlarında Rusiya prezidentinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.   
 
"Hələlik rusiyalı müşahidəçilərin və ya Rusiya Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakından danışmaq çətindir, lakin, ümumilikdə,  Rusiyanın hərbi polisinin Suriyada təhlükəsizlik bufer zonalarında yerləşdirilməsi nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.
 
Lavrentyev bildirib ki,  sənədlərin imzalanmasından sonra 2-3 həftə ərzində Suriyada təhlükəsizlik bufer zonalarının yaradılması nəzərdə tutulur. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA