"Ərdoğanı öldür, bu maşını qazan" plakatı gərginlik yaratdı - Türkiyə rəsmi Berlinə nota verdi

img

04-07-2017 [19:01]


Türkiyə Almaniyaya etiraz notası verib.

Səbəb iyulun 3-də "Siyasi Gözəllik Mərkəzi" adlı təşkilatın Berlində Almaniya hökumətinin binası qarşısında bir avtomobilin önündə açdığı plakat olub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının kralı Salmanın şəkillərinin olduğu plakatda yazılıb ki, "bu avtomobilin sahibi olmaq istəyirsənsə, diktaturanı öldür”.  

Bununla əlaqədar Türkiyənin Berlindəki səfirliyi təcili Almaniya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib. Notada qeyd edilib ki, Almaniya Nazirlər Kabinetinin binası qarşısında və təhlükəsizlik qüvvələrinin mühafizəsində bu cür zorakılığı təbliğ edən bir aksiyanın keçirilməsinə icazə verilməsi anlaşılan və qəbul edilən deyil, barışa xidmət etmir.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA