"Qətər böhranı süni yaradılıb..." - Rəsmi Ankaradan ərəb ölkələrinə mesaj

img

04-07-2017 [00:10]


"Ankara Qətər ətrafında gərgin siyasi vəziyyətə rəğmən bu ölkədə hərbi heyətini saxlamaqda davam edəcək". 

Bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş deyib.

Baş nazirin müavini qeyd edib: "Türkiyənin Qətərdə hərbi bazası yalnız Qətərin deyil, ümumilikdə regionun təhlükəsizliyi baxımdan mühümdür. Türkiyənin orada hərbi iştirakı davam edəcək".

N.Kurtulmuş daha sonra əlavə edib ki, Qətər böhranı dərin köklərə malik bir problem deyil, süni yaradılıb, 13 ərəb ölkəsinin Qətərə qarşı tələbləri isə "müstəqil ölkə üçün qəbuledilməzdir".

Trend

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA