Türkiyə Suriyada yeni əməliyyata hazırlaşır – 20 min müxalif döyüşçü ilə

img

02-07-2017 [15:36]


Türkiyənin dəstəklədiyi Müxalif Azad Suriya Ordusu PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG-nin nəzarətindəki Afrinə hücuma hazırlaşır.

Türkiyənin "Sabah” qəzetinin məlumatına görə, ilk hədəf Tel Rifat şəhəri və Minnak hərbi hava bazasıdır.

Hücum əməliyyatına başlanılması ilə bağlı hazırlıqlar başa çatıb.

Müxalif Azad Suriya Ordusunun, "Fərat qalxanı” əməliyyatında olduğu kimi, yeni əməliyyatı da Türkiyə ordusunun dəstəyi ilə həyata keçirəcək.

Sultan Murad taborunun komandiri Fehim İsa bildirib ki, Afrin əməliyyatı Əl-Bab şəhərinin mühasirəyə alınması əməliyyatından daha asan keçəcək. Çünki Müxalif Azad Suriya Ordusu "Fərat qalxanı” çərçivəsində Əl-Bab əməliyyatına 5 min döyüşçü cəlb etmişdisə, artıq müxalif döyüşçülərin sayı 20 min nəfərə çatıb.

F. İsa deyib ki, PYD/YPG terror təşkilatı Suriyanın ərazi bütövlüyünü təhdid edir və terrorçular bu torpaqlardan təmizlənəcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA