Avropa İttifaqına sədrlik Estoniyaya keçdi – Bu gündən

img

01-07-2017 [13:54]


Bu gündən Avropa İttifaqına (Aİ) sədrlik Maltadan Estoniyaya keçib.

Rəsmi Talinin ittifaqa sədrliyi yanvarın 1-ə qədər davam edəcək.

Bununla bağlı Brüsseldə Estoniya baş naziri Yuri Rattas, Aİ-nin xarici diplomatiyasının rəhbəri Federika Moqerini və ittifaqın digər yüksək vəzifəli rəsmilərinin iştirakı ilə mərasim keçirilib.

Aİ-yə ilk dəfə sədrlik edəcək Estoniyanın əsas prioritetləri kimi açıq və innovasiyalı iqtisadiyata malik Avropa, təhlükəsizliyin təmin edilməsi, rəqəmsal texnologiyaların tətbiq edilməsinin genişləndirilməsi və Avropanın dayanıqlı inkişafı kimi məsələlər müəyyən edilib.

Qeyd edək ki, bundan öncə Aİ-yə Malta sədrlik edib. Estoniyadan sonra ittifaqa rəhbərilk Bolqarıstana keçəcək/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA