Rəsmi Moskva Avropa Şurası ilə toqquşmaya gedir - Lavrov Yaqlanda açıq mesajı çatdırdı

img

30-06-2017 [19:56]


Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa Şurasının baş katibi Turbern Yaqlandla telefonda danışıb.

Mia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Lavrov  Avropa Birliyinin Rusiyaya qarşı sanksiya qərarının daha 6 ay uzadılmasına etirazını bildirib.

O, bu qərara Rusiyanın cavabsız qalmayacağını deyərək, rəsmi Moskvanın Avropa Şurasına üzvlüyə görə ödəyəcəyi məbləği dayandırdıqlarını da diqqətə çatdırıb: "Rusiya 2017-ci il üçün nəzərdə tutulan üzvlük haqqını ödəməkdən imtina edib. Lavrov Yaqlandın diqqətinə çatdırıb ki, Avropa Şurasının Rusiya ilə bağlı sanksiyası və Moskvanın qurumdakı səlahiyyətlərini məhdudlaşdıran hallar aradan qaldırılmayacağı günə qədər Moskvanın qərarı dəyişməyəcək".

Məlumatda o da qeyd olunur ki, Lavrovla Yaqland Rusiya - Avropa Şurası münasibətlərinin gələcəyinə dair xeyli müzakirə də aparıblar.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA