Moskvada qasırğa: 3 nəfər ölüb, azı 5 nəfər xəsarət alıb - VİDEO

img

30-06-2017 [19:20]


Rusiyanın Moskva vilayətində baş verən qasırğa zamanı 3 nəfər ölüb, azı 5 nəfər xəsarət alıb.
 
APA-nın xəbərinə görə, bu barədə "lenta.ru” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadə məlumat verib. 

Bildirlir ki, şiddətli külək zamanı yük maşınındakı beton çarxı düşüb və iki nəfərin üstündən keçib. Onlardan biri hadisə yerində, digəri isə təcili tibbi yardım maşınında ölüb. Daha bir nəfər ildırım çaxması nəticəsində həyatını itirib.
 
Moskva şəhərində 3 nəfərin xəsarət alması barədə məlumat var.
 
Moskva vilayətinin Ramenskiy kəndində 58 və 69 yaşlarında iki qadın xəsarət alıb. Bunların ilkin rəqəmlər olduğu və rəqəmlərin dəyişə biləcəyi bildirilir. Rusiya Energetika Nazirliyinin məlumatına əsasən Moskva şəhəri və Moskva vilayətində baş verən hadisə nəticəsində 4,4 min nəfər elektrik enerjisi təchizatından məhrum olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA