“Böhran yalnız siyasi yolla həll edilə bilər” - Qətər ərəb ölkələrinə səsləndi

img

29-06-2017 [23:55]


Qətər böhranın siyasi yolla nizamlanması üçün ərəb ölkələri ilə danışıqlara hazır olduğunu bəyan edib. 

"RİA Novosti"nin verdiyi xəbərə görə, bu barədə Qətər XİN rəhbəri Məhəmməd ibn Əbdürrəhman Əl Tani bildirib.  

"Qətər hazırkı böhrana son qoymaq istəyir. Qətər regional təhlükəsizlik və sabitliyə dair məsələləri müzakirə etmək üçün danışıqlar masasının ətrafına əyləşmək niyyətindədir”, - deyə, o, bildirib.  

Nazir qeyd edib ki, ABŞ-da səfərdə olarkən dövlət katibi Reks Tillersonla münaqişənin siyasi yolla nizamlanmasının perspektivlərini müzakirə etdiyini qeyd edib.   

Onun sözlərinə görə, Tillerson qeyd edib ki, ərəb ölkələri tərəfindən Qətərə qarşı irəli sürülən tələbləri icra etmək  çətindir.    

"Böhran yalnız siyasi  yolla həll edilə bilər”, - deyə XİN rəhbəri bildirib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA