Qətər ərəb ölkələrinin şərtlərini birdəfəlik rədd etdi - XİN-dən bəyanat

img

28-06-2017 [11:50]


Qətər XİN rəhbəri Məhəmməd ibn Əbdürrəhman Əl Tani bir sıra ərəb ölkələrinin terrorçuluğun dəstəklənməsinə son qoyulması ilə bağlı irəli sürdüyü  şərtlərini əsassız adlandırıb.

Bundan əvvəl Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil Əl Cübeyr Qətərə qarşı irəli sürülən şərtlərlə bağlı heç bir danışıqların aparılmayacağını bəyan etmişdi.

"Blokadanı həyata keçirən ölkələrin irəli sürdükləri heç də tələb deyil, sadəcə, dəlillərlə təsdiqlənməmiş iddialardır”, - deyə nazir "Əl Cazirə” telekanalına  bildirib.

"Tələblər real və həyata keçə bilən olmalıdır, əks halda onlar qəbuledilməzdir”, - deyə XİN rəhbəri bildirib/APA. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA