Ağ Evdən mühüm mesaj: "Tramp ABŞ-ın dünyada enerji liderliyini möhkəmləndirmək niyyətindədir"

img

27-06-2017 [01:03]


ABŞ prezidenti Donald Tramp ölkəsinin dünyada enerji liderliyini möhkəmləndirmək niyyətindədir.

Bunu Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser bəyan edib.

Onun sözlərinə görə, Tramp daxili enerji resurslarından istifadə etməklə ABŞ-da yeni iş yerləri açmaq, ölkənin xaricində isə enerji liderliyini möhkəmləndirmək niyyətindədir.

"Bu həftə ərzində bununla bağlı mühüm açıqlamanın veriləcəyi gözlənilir”, -deyə Ş.Spayser vurğulayıb.

Enerji liderliyi deyəndə, nəyin nəzərdə tutulduğu barədə sualı cavablandıran Ş.Spayser bildirib ki, söhbət o cümlədən sıxılmış təbii qazın tədarükündən gedir.

 "Bu məsələnin həm iqtisadi, həm də siyasi aspekti mövcuddur”, - Ş.Spayser qeyd edib/APA. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA