Rusiya təhdid etdi, Avstraliya dərhal geri çəkildi – ABŞ-ın liderliyindəki koalisyada ilk "çat" baş verdi

img

21-06-2017 [09:44]


Rusiyanın "Suriya üzərindən uçan bütün hava cismləri hədəfimiz olacaq" xəbərdarlığından sonra ABŞ-ın liderliyi altındakı İŞİD-ə qarşı koalisyada "çat" yaranıb.

Mia.az xəbər verir ki, Avstraliya Rusiyanın bu təhdidindən sonra İŞİD-ə qarşı koalisyanın tərkibindəki bütün uçuşları dayandırdığını bəyan edib.

Xatırladaq ki, ABŞ ötən gün Suriyaya məxsus qırıcı təyyarəni vurub.

Bundan sonra Rusiya Müdafiə Nazirliyi ABŞ-ın bu hərəkətini hərbi hücum sayıb və sərt xəbərdarlıq edib:

"Bu hadisə həm də ABŞ-ın Suriya üzərindən uçuş təhlükəsizliyi haqda anlaşmanın pozması deməkdir. Odur ki, bundan sonra Rusiya Suriya sərhədləri daxilində uçan bütün cismləri hədəf olaraq qəbul edəcək".

Rusiyanın bu təhdidi isə artıq öz effektini verib. 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA