Həbs edilən iranlılar kimdir: diversant, yoxsa balıqçı? – Körfəzdə daha bir gərginlik

img

20-06-2017 [17:34]


Səudiyyə Ərəbistanının dəniz qüvvələrinin həbs etdiyi 3 SEPAH-çının ölkənin "Mərcan” neft təsisatlarında partlayış törətməyə hazırlaşdığı bildirilib.

Bu barədə Səudiyyə Krallığının Mədəniyyət və Media Nazirliyinin beynəlxalq əlaqələr mərkəzi məlumat yayıb.

Nazirliyin baş vermiş olayla bağlı yaydığı bəyanatında deyilir:

"Mərcan” neft təsisatında təxribat və partlayış törətməyə cəhd göstərən SEPAH qayıqlarından ikisi hadisə yerindən qaçıb məntəqəni tərk etməyə müvəffəq olsa da, dənizçilərimiz üzərində ağ və qırmızı bayraqlar olan İranın 3-cü qayığını ələ keçirə biliblər. Nəticədə 3 SEPAH-çı tutulub və onların qayığında çoxlu partlayıcı maddə və silah aşkarlanaraq götürülüb. Cinayət başında yaxalanan SEPAH-çılar hazırda Səudiyyə Krallığının təhlükəsizlik orqanları tərəfindən dindirilir”.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanı "Mərcan” neft regionuna katerlə yaxınlaşan İranın 3 hərbçisinin saxlanıldığını açıqlayıb.

Tehran isə xəbəri təkzib edib və saxlanılanların iranlı balıqçılar olduğunu açıqlayıb/Axar.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA