"İranın Suriyaya raket zərbələri Tehrandakı terror aktına cavabdır" - İranın Rusiyadakı səfiri

img

20-06-2017 [14:09]


"İranın İŞİD terror qruplaşmasının Suriyadakı mövqeyinə raket zərbələri Tehranda törədilmiş terror aktına cavabdır".

Bunu İranın Rusiyadakı səfiri Mehdi Sanai deyib.

Beynəlxalq Qüds Gününə həsr olunmuş tədbirdə çıxış edən diplomat bildirib ki, İran bu raket zərbələri ilə dünyaya gücünü və müdafiə qabiliyyətini, eləcə də öz sərhədlərini qorumaq üçün bütün gücünü istifadə etməyə hazır olduğunu nümayiş etdirdi.

Qeyd edək ki, iyunun 7-də İranda parlament binasına və Xomeyninin məqbərəsinə silahlı hücum zamanı 17 nəfər ölüb, 43 nəfər xəsarət alıb/Trend.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA