Ankara "İncirlik"dən hərbçisini çıxarmaq istəyən Almaniyaya mesaj verdi: "Qərara yenidən baxın"

img

20-06-2017 [11:02]


Rəsmi Ankara Almaniyaya Hərbi Hava Qüvvələrinin "İncirlik" aviabazasından çıxarılması barədə qərara yenidən baxmağı təklif edir.

Bunu Türkiyənin milli müdafiə naziri Fikri İşık deyib.

Nazir qeyd edib ki, Ankara heç kimə Türkiyəni İŞİD terror qruplaşması ilə mübarizəyə zərər vurmaqda ittiham etməyə imkan verməyəcək.

Qeyd edək ki, Almaniya hakimiyyəti qoşunlarının "İncirlik" hərbi bazasından çıxarılması zamanı ölkənin İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirakını müvəqqəti dayandırdığını və buna görə Türkiyənin məsuliyyət daşıdığını bəyan edib/Trend.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA