Makron parlament seçkisində də qalib gəldi - Prezidentin önü açıldı

img

19-06-2017 [10:35]


Aşağı seçki fəallığına baxmayaraq, Fransa prezidenti Emmanuel Makronun partiyası bu gün parlament seçkiləri uğrunda yarışlarda əksəriyyət əldə edib.

Fransa prezidentinini "İrəli, Respublika" partiyası 577 yerlik Milli Assambleyada 355-lə 425 arasında yer əldə edib.

Makronun partiyası asanlıqla parlamentdə əksəriyyət təşkil edən sağçı və solçuları məğlub edib.

Beləliklə, Makron qarşısına qoyduğu əsas hədəflərə çatmağa (ölkədə sərt əmək qaydalarını dəyişməyə, dövlət sektorundakı on minlərlə iş yerini ixtisar etməyə) nail ola bilər.

Xatırladaq ki, 39 yaşlı Makron bir ay öncə prezident seçkilərində ifrat sağçı Marin Le Pen üzərində qələbə çalıb. Makron siyasi dəyişikliklər vədləri ilə prezident seçkilərində qalib gəlib. O, seçki kampaniyası dövründə deyirdi ki, indiki siyasət dəyişməli, xalqa daha yaxın və tərəqqiyə meylli olmalıdır.

Bu parlament seçkiləri Fransanın yeni prezidenti üçün çox əhəmiyyətli idi.8000-ə yaxın namizəd Fransa parlamentindəki 577 yer üçün rəqabət aparıb.

Onun yenicə formalaşdırdığı "İrəli, Respublika" ("Republic on the Move") partiyasının Milli Assambelaydakı yerlərin 80 faizini, 577 yerin 470-ni qazanacağı proqnozlaşdırılırdı.

Amerikaninsesi.org


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA