Barmaqları kəsilən, dişləri sökülən oğul öldürülən atasının varisi ola biləcəkmi? - FOTOLAR

img

12-06-2017 [19:20]


Xəbər verdiyimiz kimi, Liviyanın devrilən və üsyançılar tərəfindən öldürülən sabiq prezidenti Müammər Qəddafinin ikinci oğlu Seyfülislam Qəddafi 6 illik həbsdən sonra azadlığa buraxılıb.

Mia.az xarici mətbuata istinadən bildirir ki, azadlığa çıxdıqdan sonra bütün dünya oğul Qəddafinin Liviyanın gələcək prezidentliyindən danışır: "Oğul Qəddafi Liviyanın, daha dəqiqi, öldürülən atasının varisi kimi, artıq indidən önə çıxmağa başlayıb. O, Liviyada barışın və sabitliyin yeganə təminatçı kimi, devrilən inqilabçı atasının postuna sahiblənəcək".

Xatırladaq ki, oğul Qəddafi 9 qardaş və bacısından fərqli olaraq, 2011-ci ildə baş vermiş üsyan zamanı sonadək dirənmişdi. O, üsyançıları "əyyaş, xuliqan, terrorçu" adlandıraraq, sonadək döyüşüb. Lakin 3 aylıq döyüşündən sonra 2011-ci ilin sentyabr ayında üsyançılar tərəfindən ələ keçirilmişdi. 

O, ölüm hökmünə məhkum edilsə də, üsyançılar bunu 6 ərzində icra etmədi. Bir çox ekspertlərə görə, üsyançılar onu əsir kimi saxlamaqla, tərəfdarlarını sakitləşdirməyə və ya ələ keçirməyə çalışıb. Görünən odur ki, o, həbsdə dözülməz işgəncələrlə üzləşib.

Belə ki, bu günlərdə azadlığa buraxılan oğul Qəddafinin son fotosundan da görünür ki, o, dəhşətli işgəncələrə məruz qalıb. Onun sağ əl barmaqlarının kəsilməsi, dişlərinin isə sındırılmasının izləri hələ də qalır. 

Digər məlumata görə, oğul Qəddafi hələ atasının zamanında Qərbə meylli nüfuzlu şəxs kimi qəbul olunub. O, atasının hakimiyyəti zamanı Liviyada balaca uşaqları yolxucu xəstəliyə tutulmasına səbəb olduğu deyilən və buna görə həbs edilən bolqar əsilli 5 həkimin azadlığa buraxılmasından tutmuş, digər məsələlərin həllinə qədər danışıqarda əsas fiqur olub. Bəli, məhz Seyfülislam Qəddafinin sayəsində Liviya ilə Qərbin arasındakı buzların əridiyi əsaslı faktlarla sübut olunur.

 Bir çox ekspertlər elə bunu əsas tutaraq, oğul Qəddafinin 7 ildir sabitlik nədir bilinməyən Liviyada tezliklə sülhün və barışın yeganə təminatçısı olaraq, varis kimi, ölkənin başına keçəcəyini iddia edirlər. 

Mia.az


Kaddafi, doktorasını LSE'de yaptı.

Seyfülislam Kaddafi bir dönem Batı tarafından reformcu bir isim olarak takdim ediliyordu.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA