Rus səfirinin qətlini kimlər sifariş verib? - Ankara prokurorluğundan şok bəyanat

img

12-06-2017 [13:39]


Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə bağlı yeni məlumatlar üzə çıxıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ankara Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, səfirin ölüm əmrini fətullahçı terror təşkilatının (FETÖ) 5 imamı verib. Onların Şimali Kipr Türk Cumhuriyyətində yaşadığı açıqlanıb. Məlumatlara görə, qatil Mövlud Murad Altıntaş olayı törətməzdən öncə həmin şəxslərlə əlaqə saxlayıb.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada iştirak etdiyi sərgilərdən birində hücuma məruz qalıb və öldürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA