“Siz Körfəzin ən böyük və qüdrətli dövlətisiniz..." - Ərdoğandan Qətərə açıq dəstək

img

10-06-2017 [18:25]


Türkiyə Qətəri dəstəkləməkdə davam edəcək.
 
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
 
"Türkiyə Qətəri hərtərəfli dəstəkləməkdə davam edəcək. Mən bu günə qədər Qətərin terrora dəstək verdiyinə şahid olmadım. Son bir-iki həftəyə qədər şox yaxşı münasibətləri olan Körfəz ölkələrinə indi nə oldu ki, qardaşlarını terror ölkəsi elan edirlər?”, deyə R.Ərdoğan bildirib.
 
Qətərə qarşı tətbiq edilən blokadanı aradan qaldırmağa çağıran dövlət başçısı Səudiyyə Ərəbistanına müraciət edib: "Siz Körfəzin ən böyük və qüdrətli dövlətisiniz.  Siz bölgədə qardaşlığın baş tacı olmalısınız, bütün tərəfləri bir araya gətirməlisiniz. Biz bunu  gözləyirik, bu bizim haqqımızdır”.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA