Terrorçular parlamentə qadın geyimində daxil olub - İran DİN

img

07-06-2017 [14:39]


İran ərazisində bütün təhlükəsizlik qüvvələri hazırlıq vəziyyətinə gətirilib.

Bunu İran daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari deyib. O bildirib ki, terrorçular qadın geyimi ilə parlamentin binasının giriş qapısından içəri daxil olublar: "İçəri girən kimi atəş açmağa başlayıblar. SEPAH qüvvələri onlara cavab atəşi açıb. Terrorçular parlamentin əsas binasına deyil, ətrafdakı binasına soxulublar”.


H. Zülfüqarinin sözlərinə görə,terrorçular 4 nəfər olub, onlardan 1-i öldürülüb, 1 nəfər isə özünü partladıb: "İndiyədək parlamentdə 2 nəfər öldürülüb. Terroristlər mühasirədədir”.

İRNA dövlətagentliyiisə İmam Xomeyninin məqbərəsində terrorçulardan birinin sağ ələ keçirildiyi və atışmanın davam etdiyi barədə xəbər yayıb.
APA



Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA