"Ərəb ölkələrinin Qətərlə diplomatik münasibətləri kəsməsi öz işləridir" - Lavrov

img

05-06-2017 [18:02]


"Ərəb ölkələrinin Qətərlə diplomatik münasibətləri kəsməsi öz işləridir, Moskva bu məsələyə qarışmır".

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O deyib:

"Dünyadakı bütün hadisələrin arxasında bizim dayandığımızdan şübhələnmələrinə baxmayaraq, sizi inandırıram ki, bu belə deyil”/Trend.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya və Maldiv də qoşulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA