"Qətər böhranı heç bir halda Türkiyəyə bilavasitə təsir göstərə bilməz" - Ekspert

img

05-06-2017 [17:45]


"Qətər böhranı heç bir halda Türkiyəyə bilavasitə təsir göstərə bilməz".

Bunu Trend-ə Türkiyənin "Strategic Outlook” analitika mərkəzinin rəhbəri Yusif Çınar deyib.

Onun sözlərinə görə, Qətər ətrafında yaranmış böhran son dövrlərdə Doha və Tehran arasında yaxınlaşma ilə əlaqədardır.

Ekspertin fikrincə, bu böhran həm müsbət, həm də mənfi yöndə dolayı yolla təsir göstərə bilər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya və Maldiv də qoşulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA