İran prezidentinin köməkçisi: “Qətərin təcrid edilməsi regiondakı vəziyyəti daha da gərginləşdirəcək”

img

05-06-2017 [16:28]


"Ərəb koalisiyasına daxil olan ölkələrin Qətərlə diplomatık əlaqələri kəsərək, onu təcrid etməyə çalışması regiondakı vəziyyəti daha da gərginləşdirəcək”.

Bu fikri İran Prezidentinin siyasi məsələlər üzrə köməkçisi Həmid Əbu-talibi deyib. 

O bildirib ki, Qətəri təcrid etməyə çalışan dövlətlər öz fikirləri ilə deyil, başqalarının iradəsi ilə hərəkət edirlər və bu, düzgün qərar deyil, sabitliyin bərpasına xidmət etmir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Yəmən, Bəhreyn, Liviya və Maldiv gözlənilmədən Qətəri terror təşkilatlarını dəstəkləməkdə ittiham edərək onunla diplomatık əlaqələri kəsiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA