Teraktda şübhəli bilinən 12 nəfər saxlanıldı - Polis əməliyyatı

img

04-06-2017 [20:09]


Böyük Britaniyanın polisi Londonda baş verən teraktda iştirakda şübhəli bilinən 12 nəfəri saxlayıblar.

"RİA Novosti"nin verdiyi məlumata görə, bu haqda Skotland Yard bildirib.

Polisin bəyanatında deyilir: "Şübhəlilər Londonun şərqində Barkinq şəhərində əməliyyat zamanı həbs ediliblər".

Hazırda xüsusi xidmət orqanları terrorçuların birinin evində axtarış aparırlar.

Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub.

London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, "Borough Market”də və "Vauxhall” bölgəsində də bıçaqlı hücum olub.

Baş verən hücumlarda 7 nəfər ölüb, 50 nəfər yaxın isə xəstəxanaya yerləşdirilib/Trend.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA