03-06-2017 [13:29]
ABŞ-ın "P-8 Poseydon” markalı kəşfiyyatçı təyyarəsi gələcəkdə mümkün görünən genişmiqyaslı hərbi qarşıdurmaların nəticələrinin müəyyən edilməsində böyük rol oynaya bilər.
ABŞ Hərbi-Dəniz Qüvvələrinin xüsusi əhəmiyyətli dəniz patrul təyyarələri dünya okeanının geniş sularında sualtı gəmilərin yerdəyişməsinin izlənilməsində və döyüş əməliyyatlarının başlanacağı halda onların məhv edilməsində əhəmiyyətli rol oynaya bilər. Havadan sualtı gəmiləri izləmək olduqca çətin işdir və dünya okeanının üzərində böyük məsafə boyunca uçan və böyük miqdarda müxtəlif təyyarələr tələb olunur. 1962-ci ildən ABŞ Hərbi-Dəniz Qüvvələrinin silahlanmasında "P-3 Orion” patrul təyyarəsi var. Bu təyyarələr artıq 55 ildir xidmət edib və onların korpusları qocalıb.
ABŞ Hərbi-Dəniz Qüvvələri 2004-cü ildə "P-3 Orion”un əvəzində "Boinq” şirkətinin "P-8 Poseydon” təyyarəsini seçdi. Təyyarə təxminən 150 milyon dollara başa gəlib.
P-8 kiçik və orta məsafəli 737-800ERX avialaynerinin konstruksiyası əsasında yaradılıb. Təyyarənin ekipajında adətən üç nəfər olur və içində bort elektronikasını qidalandıran güclü generatorlar yerləşdirilib. "Poseydon” uçuşda olduqca az çalxalanır. "Orion”un ekipajı kiçik hündürlükdə uçuşlara görə güclü burulğandan tez-tez əziyyət çəkirdi.
P-8 kiçik hündürlükdə uçuşlar üçün gücləndirilmiş korpusa malikdir və belə uçuşlar zamanı mühərriklərin yanacaq əlverişliliyi daha yüksəkdir. "Poseydon” havada əlavə yanacaq doldurulması imkanı sayəsində uzun müddət uçuşda qalaraq saatda cəmi 320 kilometr kiçik sürətlə patrul xidməti həyata keçirə bilir. Bununla belə, təyyarənin maksimal surət saatda 900 kilometr təşkil edir. Bu, P-3-ün sürətindən daha yüksəkdir. Sualtı gəmilərin aşkar edilməsi üzrə müxtəlif cihazlar "Poseydon”un faydalı yükünü təşkil edir. Bu cihazlar sayəsində böyük məsafədə olan sualtı gəmilərin yerdəyişməsini, hətta gəmilərin müxtəlif tiplərini tanımaq mümkündür. Yaxın vaxtlarda "Poseydon” "Advanced Airborne Sensor” axtarış radarı ilə təchiz edilib. Radar Yer kürəsində və sahilboyu rayonlarda hədəflərin dairəvi axtarışını aparmağa imkan verir. Radardan kiber təhdidlərə qarşı, hətta kibermüharibələrin aparılması üçün istifadə oluna bilər.
"Poseydon” döyüş əməliyyatları zamanı beş raket, dərinlik bombaları və ya torpeda ilə təchiz edilə bilər. Torpedaların işə salınması zamanı P-3 aşağı enərək kiçik hündürlükdən uçmalı idi. Amma P-8-də böyük hündürlükdən işə salma üçün "High Altitude Air Launch Accessory” adlı xüsusi qurğu var. Onun vasitəsilə Mark-54 yüngül 324 millimetrlik torpedalar GPS üzrə idarə olunan bombalara çevrilir. "Poseydon” həmçinin 240 kilometr uçuş məsafəsi olan "Harpoon AGM-184H/K” gəmi əleyhinə raketləri daşıya bilir.
Bəzi ekspertlər iddia edirlər ki, "Poseydon”u idarə olunan müxtəlif silah sistemləri, məsələn böyük uzaqlıqlı anti-radar AGM-158, LR-ASM gəmi əleyhinə raketlər və yerüstü hədəflərə yüksək dəqiqlikli zərbələrinin endirilməsi üçün kiçik kalibrli bombalarla təchiz etməklə V-52 sinfindən olan ucuz bombardmançıya çevirmək olar. Hələ ki anlaşılmazdır, ABŞ Hərbi-Dəniz Qüvvələrinin komandanlığı "Poseydon”u çoxməqsədli təyyarəyə çevirmək istəyəcəkmi, yaxud da ondan əvvəlki kimi sualtı və suüstü gəmilərlə mübarizə üçün istifadə olunacaq.
"Poseydon” 2013-cü ildə Okinava adasında yerləşən Kadena təyyarə bazasında ABŞ Hərbi-Dəniz Qüvvələrinin VP-16 eskadrilyasının silahlanmasına daxil edilib. İndi onların ümumi sayı 50-dir (Hərbi-Dəniz Qüvvələrinin arsenalına 117 təyyarənin verilməsi planlaşdırılır – red.).
Hazırda "Poseydon” patrul təyyarəsi olaraq, ABŞ, Çin və Rusiya arasında siyasi mübahisələrin ön cəbhəsində yer alır. Beynəlxalq hava məkanında patrul təyyarələrinin ələ keçirilməsi hallarına tez-tez rast gəlinir. Amma patrul təyyarələrinin ələ keçirilməsi son dərəcə təhlükəli işə çevrilib. Patrul təyyarələrinin pilotlarını qorxutmaq üçün bəzən qırıcıları təhlükəli manevrləri edirlər, Belə hadisələrdən biri 2002-ci ildə baş verib. Çin qırıcısı və ABŞ-ın REB EP-3 təyyarəsinin qarşılaşması nəticəsində Çin pilotu həlak olub. 19 avqust 2014-cü il J-11 Çin qırıcısı Haynan adalarından 210 kilometr şərqdə "Poseydon”un 10 metrliyində uçdu. Bu, Vaşinqton və Pekin arasında növbəti diplomatik davanın səbəbi oldu.
Problemin kökü ondadır ki, Pekin Cənubi Çin dənizinin akvatoriyasının böyük ərazilərinə iddia edir. ABŞ isə bu suların (beynəlxalq cəmiyyət bu əraziləri beynəlxalq sular hesab edir –red.) üzərində uçmaq hüququnda təkid edir və patrul aviasiyasının uçuşlarını durdurmaq niyyətində deyil. Son illərdə Çin bəzi rayonlarda ərazi iddialarını təsdiq etmək üçün süni adalar tikir, ancaq Amerika aviasiyası patrul uçuşlarını davam etdirir. 2015-ci ilin dekabrında ABŞ ərazisində "Poseydon” təyyarələrinin yerləşdirilməsi barədə Sinqapurla razılaşma əldə edib.
P-8-lər Rusiya hərbçiləri ilə də qarşılaşıblar. 9 may 2017-ci il Rusiyanın Su-27 qırıcısı Qara dənizdə "Poseydon”un 7 metrliyindən uçdu. P-8 Rusiya sualtı gəmilərinin təqibi və axtarışı ilə məşğuldur.
Patrul keşiyinin həyata keçirilməsi Sakit okeanı, Fars körfəzi və Baltik dənizi zonasında (ən azından digər zonalarla müqayisədə) bugünkü beynəlxalq mübahisələrdə mərkəzi rol oynayır. Bu baxımdan da bir çox ölkələr R-8-ləri sifariş edirlər. Hindistanda artıq P-8 təyyarəsi var. Avstraliya artıq 12 "Poseydon” (ümumilikdə 15 təyyarənin alınması planlaşdırılır) alıb. Britaniya doqquz P-8 sifariş edib. Bu ay Yeni Zellandiya elan etdi ki, 1,46 milyard dollara 4 "Poseydon” alacaq. Ən azı üç P-8-in Səudiyyə Ərəbistanına çatdırılması ümumi məbləği 110 milyard dollar təşkil edən sazişə daxil edilib. Norveç 5 "Poseydon” sifariş edib. Bu təyyarələri almaq barədə Kanada, Cənubi Koreya və Türkiyə kimi ölkələr də düşünürlər.
XXI əsrdə transatlantik münasibətlər xüsusi əhəmiyyəti kəsb etməyə başlayıb. P-8 bir çox vasitələrdən biri olacaq ki, ABŞ və başqa ölkələr onun köməyi ilə beynəlxalq sulara iddialarını davam etdirəcəklər. Hərbi qarşıdurmaların başlanacağı halda, bu təyyarələr sualtı gəmilərin axtarışı və məhv edilməsi, həmçinin rəqibin suüstü gəmilərinin yerdəyişmələrinin izlənilməsi üzrə ən əhəmiyyətli məsələləri yerinə yetirəcəklər/Publika.az.
İntim videoları ilə məşhurlaşan FHN-nin polkovnikinə "yox" deyildi
Prezidentin əlini tutduğu Nilay kimdir? - FOTOLAR
İkinci Şəhidlər xiyabanının adı dəyişib - Açıqlama
Yol (esse)
General Mais Bərxudarov uzun müddət sonra göründü - FOTO
Prezident Gəncədə: Anım Günü qeyd edildi, Memorial Kompleksi, Avtoparkın, stadionun açılışları oldu - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Yevlaxda - Açılış + FOTOLAR
Azərbaycanda bir dəqiqəlik sükut olub
Ombudsman bəyanat yaydı - MƏTN
Prezident İlham Əliyev ABŞ-dan Vətənə dönüb
Azərbaycan xalqı Anım gününü qeyd edir - Dövlət və hökumət rəsmiləri Zəfər parkında + FOTOLAR (YENİLƏNİB)
Azərbaycan nefti 74 dollara satılır
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım - FOTO
Prezidentdən Anım Günü ilə bağlı paylaşım - FOTO
Bu gün ANIM GÜNÜdür
Lamine Yamalın keçmiş sevgilisindən şok iddia: "Onun seksual qızlardan ibarət "ordu"su var, qrafikə uyğun..."
Mauro İkardi qol atdı, "Qalatasaray" qalib gəldi
Ərdoğan Britaniyanın Baş naziri ilə müzakirə aparıb - Telefonda
Ermənistan vətəndaşları Bakıda hakim qarşısında: Aprel döyüşləri ilə bağlı sənədlər elan olunub
Qəzzada yardım gözləyən 24 nəfər öldürülüb
“İmişli” və “Zirə” bir xala razılaşıblar
CHP Gürsel Təkini partiyadan qovub
Nazirlikdən hava şəraiti ilə bağlı əhaliyə - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Rəsmi Moskvadan Trampın Ərdoğana “Rusiyadan neft alışını kəs" çağırışına - Reaksiya
Milli Qəhrəmana həsr edilmiş tamaşanın premyerası olub
Fransa şokda - Dünya çempionu oğurluqda ittiham olunur
Serxio Buskets yaşıl meydanla vidalaşır: "Müqavilə yenilənməyəcək"
"Liverpul"dan ibarətlik addım - Qəzada ölən oyunçunun bütün maaşı ailəsinə ödənilib
Abşeronda qətl törədən ata-balanın cinayət işi məhkəməyə göndərilib
Vilayət Eyvazov və DİN-in rəhbər heyəti Zəfər parkında - VİDEO
"MEDİA könüllüləri" proqramına qeydiyyat elan olunub
Ərdoğan: "Tramp da vəziyyətin belə davam etməyəcəyini bilir"
Məzahir Pənahov Moldovada seçki prosesini izləyəcək
Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə qiymət açıqlanıb
İlham İsmayıl sərbəst buraxılıb - Açıqlama (Yenilənib)
Milli Məclisdə dərsliklərlə bağlı ictimai dinləmə keçiriləcək
İsrail ordusu Qəzzaya 140-dan çox hava zərbəsi endirib
"50 qəpik Anar Rzayevin özü üçün azdır, millət üçün az deyil axı" - Deputat AYNA sədrinə etiraz etdi
Sabah hava necə olacaq? - Proqnoz
Fuad Rəfiyev müşavir təyin edilib
Azərbaycanlı aparıcı 4-cü dəfə ərə gedir - VİDEO