"Kiməsə güvənə biləcəyimiz vaxtlar başa çatdı, taleyimizi əlimizə almalıyıq" - Merkeldən mühüm mesaj

img

29-05-2017 [12:43]


Almaniya kansleri Angela Merkel Brexit və Trampa görə Avropanın bundan sonra bir müttəfiq kimi ABŞ və Birləşmiş Krallığa güvənə bilməyəcəyinə işarə vurub.

Bu barədə "The Telegraph" yazıb. 

O bildirib ki, qitə öz taleyini əllərinə almalıdır.

 Bu bəyanatı xanım Merkel Avropa liderlərinin ABŞ prezidenti Donald Trampla G7 sammitindəki görüşünün dərhal ardınca verib.

Bavariyada keçirilən bir seçki kampaniyası tədbirində, pivə çadırında əyləşən xanım Merkel deyib ki, bu görüş ayılmaq vaxtının gəldiyini göstərib. O deyib: "Bizim kiməsə güvənə biləcəyimiz vaxtlar, bir növ başa çatıb və mən bunun son bir-iki gündə şahidi olmuşam".

"Və deməliyəm ki, biz avropalılar öz taleyimizi əlimizə almalıyıq" – deyə kansler açıqlayıb.

Merkel deyib: "Hərçənd bizim gərək ABŞ, Birləşmiş Krallıq və Rusiya da daxil, başqaları ilə yaxşı münasibətlərimiz olsun. Amma biz öz gələcəyimiz, avropalı kimi öz taleyimiz üçün özümüz mübarizə aparmalıyıq".

Fransa przeidenti Emmanuel Makronu seçki qələbəsi münasibəti ilə təbrik edən Merkel deyib ki, "Almaniya harada bacarsa, köməyini əsirgəməyəcək, çünki Almaniyanın işləri Avropanın işləri yaxşı gedəndə yaxşı olacaq". 

Yeri gəlmişkən, Makron "Journal du Dimanche" qəzetinə deyib: "Donald Tramp, Türkiyə prezidenti və ya Rusiya prezidenti hər şeyə güc bucağından baxırlar, bu, mənim mövqeyim deyil".

BBC

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA