Ərdoğan Almaniyaya şərt qoydu - Alman deputatların səfəri ilə bağlı

img

27-05-2017 [17:41]


Türkiyə və Almaniya xarici işlər nazirləri almaniyalı millət vəkillərinin İncirlik bazasına giriş məsələsini müzakirə edəcək.

Bunu NATO sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan vurğulayıb ki, onların arasında Türkiyədə terrorçuluğu dəstəkləyənlər olmamalıdır:

"Terroru dəstəkləyən millət vəkilləri yaxşı qarşılanmayacaq. Bununla bağlı, nazirlər danışıqlar aparacaq və lazımi qərar qəbul olunacaq”.

Bir müddət əvvəl Türkiyə hökuməti almaniyalı bir qrup deputatın İncirlik bazasına səfərinin qəbuledilməz olduğunu bildirmişdi/Trend.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA