25-05-2017 [13:37]
"Oruc tutmaq insan üçün çox xeyirlidir. Bu dini ayin orqanizmin zərərli maddələrdən təmizlənməsində çox gözəl effekt verir".
Mia.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasının terapevti, tibb üzrə fəlsəfə doktoru İbrahim Əfəndiyev deyib.
Onun sözlərinə görə, mütəmadi oruc tutanlarda tibbi nöqteyi-nəzərdən effekt daha yüksək olur:
"Oruc tutduqda orqanizm istirahət edir. Amma orucun əks təsir göstərdiyi məqamlar da var. Bəzən günaha batacağından çəkinən xəstə insanlar da oruc tutur. Bu da sonradan onların xəstəliklərinin ağırlaşmasına səbəb olur. Mədə-bağırsaq xəstəlikləri, xüsusilə mədə xorası, qastriti olanlar, yüksək təzyiqdən, ürəyin işemik xəstəliyindən əziyyət çəkənlər, onkoloji xəstələr, şəkərli diabet xəstələri oruc tutmamalıdırlar. Bəzən illərlə oruc tutan biri müəyyən xəstəliyə yoluxduqdan sonra da dinin əsas şərtlərindən birinə əməl etməyə çalışır. Ancaq sonradan bunun çox ağır fəsadları ortaya çıxır. Bununla belə, orucun sinir sisteminin funksional pozğunluğu, əsəbilik, nevroz halları, piylənmə kimi problemlərdə çox böyük effektli olur. Orqanizmi bir qədər sakitlik rejiminə salmaqla həmin patologiyaları aradan götürmək olur. Orucluq ən çox da piylənmə üçün gözəl dərmandır. Ümumiyyətlə, ildə bir dəfə oruc tutmaq dərmanlardan və s. vasitələrdən daha çox effekt verir".
İ.Əfəndiyev bildirib ki, insan orucun ilk günləri iftarda çox yesə də, bir-iki gündən sonra aclıq hissi güclü olmur:
"Adətən, hər il mütəmadi oruc tutan insanlar iftarda çox az qida qəbul edirlər. Oruc tutan insanlar iftarda başqa günlərdə qəbul etdiyi miqdarda və çeşiddə yeməkləri qəbul etsə daha yaxşı olar. İftarda müxtəlif yemək çeşidlərindən ibarət böyük bir süfrə açmağın mənası yoxdur. Əgər orucluqda orqanizimi az qidalanmağa keçirirsənsə, mədəni doldurmağın nə mənası var? Gündə nə yeyilirdisə, iftarda da onu yemək lazımdır. Hər şeydən bir tikə yemək oruc orqanizmdə yavaşlayan zərərli proseslərin yenidən baş qaldırmasına səbəb olur. Orqanizm birdən-birə çox qida qəbul edəndə orqanlar patoloji nöqteyi-nəzərdən fəaliyyət göstərməyə başlayırlar".
Qeyd edək ki, bu il Ramazan ayı miladi təqvimlə mayın 27-də başlayacaq.
Azərbaycan nefti ucuzlaşır
Konfrans Liqası: "Olimpiakos" səfərdə ingilis komandasına dərs verdi
Fatih Ərbakan Baxçalıya belə cavab verdi: "Dədəmiz yaşındadır..."
Türkiyədən sensasiyalı qərar: İsraillə ticarət tamamilə dayandırılıb
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR