İngiltərədə tanınmış müğənninin konsertində dəhşətli terror - 22 ölü, 59 yaralı var + FOTOLAR

img

23-05-2017 [10:12]


İngiltərənin Mançester şəhərində konsert zamanı baş verən partlayış nəticəsində 22 nəfər ölüb, 59 insan yaralanıb.

Bu barədə Mançester polisinin "Tvitter” səhifəsində bildirilir.

"Hazırda 22 nəfərin öldüyü təsdiqlənib, 59 insan yaralanıb”, məlumatda deyilir.

Polis hadisəni terror aktı kimi qiymətləndirib. Bu, 2005-ci ildə London metrosunda törədilən və 50 nəfərin ölümünə səbəb olan terror aktından sonra ən böyük terror hücumudur.

İnsident "Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı qeydə alınıb. Müğənninin nümayəndəsi Cozef Karrozu onun həyatına təhlükə olmadığını bildirib.

Qeyd edək ki, 21 min nəfərlik tamaşaçı tutumuna malik "Mançester Arena” stadionu 1995-ci ildə istifadəyə verilib.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA