ABŞ Səudiyyə Ərəbistanına 110 milyard dollarlıq müasir silahlar satacaq - Müqavilə imzalandı

img

21-05-2017 [01:11]


ABŞ Səudiyyə Ərəbistanı ilə 110 milyard dollarlıq müdafiə müqavilələri imzalayıb. 

Sənədlər Ər-Riyadda ABŞ prezidenti Donald Tramp və dövlət katibi Reks Tillersonun iştirakı ilə imzalanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Ev nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, bu müqavilələr əhəmiyyətli ABŞ və Səudiyyə Ərəbistanı arasında təhlükəsizlik sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirəcək və sabitliyə töhfə olacaq.

"Onlar həm də Krallığın region üzrə antiterror əməliyyatlarında iştirak imkanını genişləndirəcək və ABŞ-ın üzərinə düşən yükü azaldacaq", – ABŞ administrasiyasının əməkdaşı bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hərbi xərclər üzrə dünyada ABŞ və Çindən sonra üçüncüdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA