"Ümid edirəm ki, Ruhani yeni prezidentlik dövründə İranın yaratdığı terror şəbəkəsini dağıdacaq" - Tillerson

img

21-05-2017 [01:04]


ABŞ-ın dövlət katibi Reks Tillerson İranın yenidən seçilmiş prezidenti Həsən Ruhaninin  "terrorçuluğun maliyyələşdirilməsinə” və ballistik raketlərin sınaqdan keçirilməsinə son qoyacağına ümidvar olduğunu bildirib.
 
Bunu R.Tillerson Ər Riyadda  Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil əl Cubeyrlə keçirdiyi birgə mətbuat konfransında bildirib. 

"Mən ümid edirəm ki, Ruhani yeni prezidentlik dövründə İranın yaratdığı terror şəbəkəsini dağıdacaq və bu şəbəkənin maliyyələşdirilməsinə son qoyacaq. Biz həmçinin ümid edirik ki, o, ballistik raketlərin sınaqdan keçirilməsi proqramına son qoyacaq”, - deyə R.Tillerson qeyd edib.     
 
Qeyd edək ki, ABŞ ballistik raketləri sınaqdan keçirdiyinə görə İrana qarşı sanksiyalar tətbiq edib. ABŞ həmçinin İranı  Livanın "Hizbullah” hərəkatını, Yəməndəki üsyançı husiləri və Suriyada hökumət qüvvələrini dəstəkləməklə bölgədə sabitliyi pozmaqda ittiham edir. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA