"O, psix və sarsaq kütbeyin idi, ona görə qovdum" - Trampdan şok açıqlama

img

20-05-2017 [13:21]


ABŞ Prezidenti Donald Tramp Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşdə Federal Təhqiqatlar Bürosu və onun sabiq direktoru Ceyms Komi tərəfindən güclü təzyiqə məruz qaldığını etiraf edib.

Bu barədə "Nyu York Tayms” qəzeti məlumat yayıb.

Tramp bildirib ki, təzyiq Rusiyaya münasibətlə bağlı olub. Prezident görüş zamanı keçmiş direktoru "psix” və "kütbeyin” adlandırıb.

"Mən lap bu yaxında FTB-nin direktorunu qovdum. O, psix və sarsaq kütbeyin idi. Rusiyaya görə güclü təzyiqlə üz-üzə idim. Amma artıq bu başa çatdı”, - deyə qəzet Trampın sözlərindən sitat gətirib.

Qeyd edək ki, bu, mayın 10-da baş tutmuş Tramp-Lavrov görüşü ilə bağlı yaranmış ilk qalmaqal deyil. Bundan öncə ABŞ KİV-ləri anonim mənbəyə istinadən Trampın Lavrova Suriyadakı hərbi əməliyyatlarla bağlı gizli kəşfiyyat məlumatları ötürdüyü barədə xəbər yaymışdılar/Teleqraf.com


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA