Daha bir namizəd Ruhaninin xeyrinə geri çəkildi - İranda seçki

img

17-05-2017 [16:28]


İranda keçiriləcək prezident seçkilərində namizəd kimi qeydə alınmış sabiq vitse-prezident Mustafa Haşimi Təba mübarizəni yarıda dayandırıb.

O, bəyanatla çıxış edərək prezidentliyə digər namizəd Həsən Ruhaninin xeyrinə öz namizədliyini geri götürdüyünü bildirib. 

Qeyd edib ki, Həsən Ruhani ölkəni iqtisadi böhrandan çıxarmağa qadirdir. Keçmiş vitse-prezident öz tərəfdarlarını H.Ruhanini dəstəkləməyə çağırıb.

Beləliklə, İranda prezidentliyə namizədlərin sayı 6-dan 3-ə enib.

Xatırladaq ki, mayın 19-da İranda 12-ci prezident seçkiləri keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA