Trampla Merkel Ərdoğandan danışdı: "O, möhtəşəm adamdır"

img

16-05-2017 [17:54]


Almaniya kansleri Angela Merkellə ABŞ Prezidenti Donald Tramp arasında keçən ay gerçəkləşən telefon danışığı zamanı əsas müzakirə mövzularından biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olub.

Bu barədə informasiyanı "Röyter” agentliyi yayıb.

Agentlik telefon danışığı zamanı Donald Trampın Ərdoğan haqqında "Möhtəşəm adamdır” ifadəsini işlətdiyini bildirib. Bunun qarşılığı olaraq Merkel ona Ərdoğanın Avropa siyasətçiləri və özü haqqında ağır ifadələr işlətdiyini, onları nasist adlandırdığını xatırladıb. Tramp isə bundan xəbərsiz olduğunu və belə bir şey eşitmədiyini söyləyib.

Ağ Ev və Almaniya rəsmiləri agentliyin bu xəbərinə şərh verməkdən imtina ediblər.

Axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA